Ermənistan sərhəddində insident - ölü və yaralılar var

05 Oktyabr, 2019 12:18 | Siyasət | Baxış sayı: 1285
Erməni hərbçi
Erməni hərbçi

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib

Ermənistan ordusunun daha bir hərbçisi yaralanıb. Bu barədə "Sputnik" məlumat yayıb. Agentliyin məlumatına görə, sərhəddə atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqavilə əsasında xidmət keçən hərbi qulluqçusu Armen Çaxmaxçyan yaralanıb. Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan faktı təsdiqləyib.

Məlumata görə, insident Tavuş rayonu istiqamətində oktyabrın 4-də baş verib. 

Ovanisyan həmçinin son günlərdə bir hərbçinin öldüyü və daha 3-ünün yaralandığı barədə sosial şəbəkələrdə yayılan xəbəri də təsdiqləyib.