Ərdoğan təlimat verdi -"Bəlkə bu gün, bəlkə sabah..."

05 Oktyabr, 2019 14:47 | Siyasət | Baxış sayı: 99
Türkiyə Hərbi Aviasiyasına aid F-16 qırıcıları
Türkiyə Hərbi Aviasiyasına aid F-16 qırıcıları

Türkiyə Suriyada əməliyyatlara başlaya bilər

"Ölkəmizi terror təşkilatından uzaq tutmaq üçün daima üzümüzə gülənlərə deyirik ki, artıq söz bitdi. Bir yandan İraq tərəfindən 30 min civarındakı TIR-ı Suriyaya gətirəcəksiniz, silah, sursatla dolu maşınları terror təşkilatına təhvil verəcəksiniz, sonra da strateji ortağıq deyəcəksiniz". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışı zamanı deyib. 

Prezident yaxın günlərdə Suriyada təhlükəsizlik zonasının qurulması üzrə əməliyyatların başlayacağını istisna etməyib.

O, bildirib ki, Türkiyə hazırlıqlarını görüb, hərəkət planlarını tamamlayıb, gərəkən təlimatlar da verilib. "Qərarı verilən və vaxtı başlayan sülh planlarının önünün açılması ehtimalı bəlkə bu gün, bəlkə də sabah qədər yaxındır. Hərakat həm havadan, həm də qurudan yönəldiləcək".

O, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat keçirməyə hazır olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, Suriyada bufer zonası barədə müzakirələr hələ 2013-cü ildən başlayıb. O zaman həmin bölgədə qaçqınların sığına biləcəyi təhlükəsizlik zonaları yaradılmasının müxtəlif variantları nəzərdən keçirilirdi. Həmin vaxtdan etibarən Ankara dəfələrlə bu məsələyə yenidən qayıtsa da, hər dəfə bir sıra səbəblərə görə planları reallaşdırmaq mümkün olmayıb.