Bu sənədi olmayanlar artıq ABŞ-a girə bilməyəcək

05 Oktyabr, 2019 10:28 | Siyasət | Baxış sayı: 60
ABŞ hava limanı
ABŞ hava limanı

Trampdan yeni göstəriş

ABŞ tibbi sığortası olmayan miqrantların ölkəyə girişini məhdudlaşdırır. Məhdudiyyət noyabr ayının 3-dən başlayır. 

Bu barədə göstərişi prezident Donald Tramp imzalayıb. Müvafiq bəyanatı Ağ ev də yayıb. 

Bəyanatda qeyd edilir ki, ölkəyə gəlmək istəyənlər giriş günündən etibarən 30 gün müddətində etibarlı olan tibbi sığorta təqdim etməli və ya tibbi xərclərini ödəmək üçün nəğd vəsait göstərməlidirlər. 

ABŞ vətəndaşlarının övladları istisna təşkil edirlər.