XİN-in mətbuat xidmətinin yeni rəhbəri kimdir?

05 Oktyabr, 2018 09:45 | Siyasət | Baxış sayı: 81
XİN
XİN

2002-ci ildən Xarici İşlər Naziriyində çalışır

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.

L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Naziriyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb. 

Leyla Abdullayeva
Leyla Abdullayeva