Ramil Usubov Naftalana təzə rəis qoydu

05 Oktyabr, 2018 14:38 | Siyasət | Baxış sayı: 368
Ramil Usubov
Ramil Usubov

Qusar rayon polis şöbəsinin rəisi işdən çıxarılıb

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Qusar rayon polis şöbəsinin rəisi Zaur Bədəlov vəzifəsindən azad olunaraq Naftalan  şəhər polis şöbəsinin rəisi təyin olunub.

İstiPress-in şimal bürosuna Qusar rayon polis şöbəsindən faktı təsdiqləyiblər.

Zaur Bədəlov 2016 -cı il avqust ayının 11-dən bu vəzifəyə təyin olunmuşdu. Qusar polis şöbəsinin rəisi postuna hələlik təyinat yoxdur.