Paşinyanın rəqibləri küçəyə çıxmağa qorxurlar

05 Oktyabr, 2018 10:48 | Siyasət | Baxış sayı: 76
Paşinyan küçəni köməyə çağırır
Paşinyan küçəni köməyə çağırır

İnqilab lideri düşmənlərinə qarşı yetərincə demokratik davranıb, onları asfalta göməcək

Ermənistanın ən varlı adamlarından biri, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarkisyan ictimai yerlərə çıxmaqdan qoxur.

Bu barədə “Jamanak” qəzeti partiyanın sıravi üzvlərinə istinad edərək yazır. Partiya üzvlər öz liderlərinin Ermənistandakı siyasi böhranda passivlik göstərməsindən heyrətlənirlər. Sarukyanın mətubat katibi İveta Tarasyan deyib ki, guya o, xaricdədir. Amma ona inanmayıblar.

Oliqarxın partiyasında əvvəlcə inqilabçı Paşiyanı dəstəkləyiblər. Amma elə bu günlərdə bu partiyadan olan deputatlar baş nazirin hakimiyyətini məhdudlaşdıran düzəlişə səs verdilər. Bu, Paşinyanın dəhşətli qəzəbinə səbəb oldu.

O, elə küçədəcə bu partiyaya daxil olan nazirləri işdən çıxardı. Görünür, Sarkuyan bundan sonra qorxur ki, Paşiyan güc strukturlarını onun üzərinə göndərər, yaxud küçədə ona qarşı təxribat törədərlər.

Paşinyan öz düşmənlərinə xəbərdarlıq edib ki, onlara qarşı yetərincə demokratik davranıb asfalta göməcək. Buna görə parlamentin bu günə təyin elənmiş iclası çətin ki, baş tutusun. Yəni heç kim inqilab liderinin hədələrindən sonra həyatı ilə risk etmək istəməz.