Ermənistan Asiya və dünya qapılarına əl açıb

05 Oktyabr, 2018 16:34 | Siyasət | Baxış sayı: 140

Xarici borc təhlükə həddini çoxdan ötüb

İrəvanda küçə inqilabı ölkə iqtisadiyyatını dağıdıb.

“Biz təcili ilin sonuna kimi ən azı 150 milyon dollar borc almalıyıq”. Bu barədə jurnalistlərə Ermənistan Maliyyə Nazirliyində bildiriblər.

Maliyyəçilərin sözlərinə göorə, bu pulların hesabına hökumət dövlət sektorunda maaşları, pensiyaları ödəyə bilər və bəzi xərcləri yerinə yetirə bilər. İndi bununla bağlı beynəlxalq və Asiya bankları ilə ciddi danışıqlar gedir.

Hazırda Ermənistanın dövlət borcu demək olar ki, ölkə ÜDM-nin 50 faizini təşkil edir. Yəni təxminən 7 milyard dollardır. İqtisadçıların fikrincə, inqilab ölkə iqtisadiyyatını çox geri salıb.

İlkin hesablamlara və gələn il dövlət büdcəsi layihəsinə görə, Ermənistan sakinlə qazandıqlarında çox xərcləməli olacaqlar. Çünki 2019-cu ildə əmək haqlarının vaə pensiyalarının artımı planlaşdırılmır. Bu barədə də jurnalistlərə Ermənistan Maliyyə Nazirliyindən bildiriblər.