Ərdoğan Avropanı referendumla hədələdi

05 Oktyabr, 2018 10:30 | Siyasət | Baxış sayı: 136
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

"81 milyonluq xalqımıza müraciət etməli olacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Avropa İttifaqı Ankaranın qəbul prosesini uzadır. 

İstiPress-in məlumatına görə, o, ölkədə bununla bağlı referendumun keçirilə biləcəyini deyib. 

“Avropa İttifaqına üzv olan ölkələri bizimlə müqayisə etmək olmaz. Əgər belə davam etsə, biz Avropa İttifaqı ilə bağlı 81 milyonluq xalqımıza müraciət etməli olacağıq, görək, onlar buna nə deyir”, - türkiyəli lider bildirib. 

Onun sözlərinə görə, Brüssel Türkiyənin təşkilata üzvlüyü ilə bağlı mövqeyini dəqiqləşdirməlidir.