Kataloniya müstəqillik almayacaq - RƏSMİ

05 Oktyabr, 2017 15:54 | Siyasət | Baxış sayı: 119
Kataloniya
Kataloniya

“Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”

İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib.

İstiPress BBC-yə istinadən xəbər verir ki, nazir bunu bloomberg agentliyinin televiziya efirində çıxışı zamanı bildirib.

“Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”, - deyə o qeyd edib.

Gindos, eyni zamanda, hesab edir ki, Madridlə Barselona arasında danışıqların mümkünlüyü nəinki İspaniya, həm də, bütün Avropa üçün təhlükəli presedent yarada bilər.

İspaniyanın iqtisadi qurumunun başçısı, həmçinin Kataloniyanın regional hökumətinin yüksək səviyyəli özünüidarəyə sahib olduğunu xatırladıb.