Ermənistan parlamentində dava

05 Oktyabr, 2017 13:24 | Siyasət | Baxış sayı: 77
Erməni parlamentiində dava
Erməni parlamentiində dava

Hakim partiyanın üzvü ilə müxalifət nümayəndəsi arasında insident baş verib

Ermənistanda "Elk" fraksiyasının rəhbəri Nikol Paşinyan həmkarı hakim Respublika partiyasınından olan Artaşes Qeqamyanı parlamentin dəhlizind ona hücum etməsində ittiham edib.

İstiPress erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan öz facebook səhifəsində yazıb.

"Artaşes Qeqamyan mənə yumruq atdı. Uğurlu şəkildə müdafiə olundum. Bir neçə dəfə ayaqqabısını çıxarıb başıma vurmaq istəyirdi. İctimaiyyətdən üzr istəyirəm, belə şəraitdə işləməyə məcburam".

Qeqamyan bəyan edib ki, yumruqları ona dəysəydi, Paşinyan indi xəstəxanalıq olmuşdu..

İnsidentin yaranmasına səbəb Paşinyanın Qeqamyan haqqında parlamentin tribunasından kəskin çıxışı olub. O deyib ki, Qeqamyan Qərbi Ermənistanın azad olunmasından danışmaqdansa, marksizm və leninizm barədə mühazirə oxusun.

Qeyd edək ki, bir neçə il bundan əvvəl parlamentdə bir deputat qətlə yetirilmişdi. Hazırda isə inkişaf göz qabağındadır və üzdədir.