Elçibəyin müşaviri öldü

05 Oktyabr, 2017 13:51 | Siyasət | Baxış sayı: 95
Rafiq İsmayıl
Rafiq İsmayıl

Rafiq İsmayıl dünyasını dəyişib

Keçmiş dövlət müşaviri Rafiq İsmayıl vəfat edib. İstiPress-in məlumatına görə, bu barədə R.İsmayılın oğlu Toğrul İsmayıl özünün "Facebook" səhifəsində yazıb.

Dövlət müşavirinin səhhətində bir neçə gün öncə problem yaranmışdı. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər həyatını xilas edə bilməyiblər. 

Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunda anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri işləyib. Bakı Dövlət  Universitetinin professoru olub.