BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb

05 Oktyabr, 2017 15:35 | Siyasət | Baxış sayı: 65
Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti

Meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

İstiPress-in xəbərinə görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura sentyabrın 7-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.