Azərbaycan və Rusiya hərbi ekspertləri görüşdü

05 Oktyabr, 2017 18:29 | Siyasət | Baxış sayı: 99
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Bakıda işçi görüş keçirilib

Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.

Bu barədə İstiPress-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.