Türkiyə dünyanı yenə qorxutdu - bu dəfə nüvə silahı ilə

05 Sentyabr, 2019 10:09 | Siyasət | Baxış sayı: 837
Nüvə başlıqlı raketlər
Nüvə başlıqlı raketlər

"İsrail hər şeyini bu silahla qoruyur"

"Kimlərinsə əlində nüvə başlıqlı raketlər var. Amma mənim əlimdə belə raket olmasın! Mən bunu qəbul etmirəm". Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin də nüvə dövləti olması gərəkdiyini deyib.

O, deyib ki, bu gün dünyanın inkişaf etmiş ölkələri arasında demək olar ki, nüvə başalıqlı raketi olmayan dövlət yoxdur. "Hətta ad çəkməyəcəm. Biri hazırda prezident deyil, ziyarət edəndə mənə dedi ki, "bizə belə-belə deyirlər. Mənim əlimdə hazırda 7 500-ə qədər nüvə başalıq var. Rusiya, Amerikada isə 12500-15000. Mən də edəcəyəm". 

İndi baxın, onlar nə yarışı edir, bizə isə nə deyirlər? - "sən qətiyyən bunu eləmə!". Yanımızda İsraildə varmı? Var. Hər şeyi onunla qoruyur".

Dövlət başçısı hazırda nüvə silahı əldə etmək üçün iş apardıqlarını da etiraf edib.