Rus aktyor Stalinə sevgisini etiraf edib

05 Sentyabr, 2019 20:32 | Siyasət | Baxış sayı: 170

"Ölkəni kotanla qəbul etdi və onu nüvə bombası ilə qoyub getdi"

Rusiyalı aktyor Dmitri Pevtsov SSRİ-nin rəhnəri olmuş İosif Stalini Rusiya tarixinin ən böyük insanlarından biri hesab etdiyini etiraf edib.

İstiPress-in məlumatına görə, bu barədə "Komsomolskaya Pravda" nəşri məlumat yayıb.

“Stalinin dövründə güclü dövlətin qurulması başladı. Sovet İttifaqını sevməyən [İngiltərənin Baş naziri Uinston] Çörçill də ona hörmətlə yanaşırdı: "Stalin ölkəni kotanla qəbul etdi və onu nüvə bombası ilə qoyub getdi" söyləmişdi",- deyə aktyor vurğulayıb.

Qeyd olunur ki, aktyor yazıçı Vladimir Sorokinin yazıları əsasında Mark Zaxarovun quruluş verdiyi tamaşada sovet liderinin rolunu oynayacaq. Tamaşanın dekabrda premyerası olacaq. "Əlbəttə ki, böyük insan hesab etdiyim Stalinə öz şəxsi münasibətimi çatdırmağa çalışacağam" deyən aktyor əsərə münasibət bildirib.

Dmitri Pevtsov
Dmitri Pevtsov