Komitə İkinci "Jurnalistlər binası"nın "kupça"sı barədə

05 Sentyabr, 2019 16:58 | Siyasət | Baxış sayı: 48
Jurnalistlərin evləri
Jurnalistlərin evləri

Əmlak Məsələləri Dövlət Komitəsi məsələyə aydınlıq gətirdi

İkinci "Jurnalistlər binası"nın sakinlərinə çıxarış ("kupça") veriləcək.

İstiPress-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.