ABŞ və İran arasında sürpriz yaxınlaşma

05 Sentyabr, 2019 08:57 | Siyasət | Baxış sayı: 124
ABŞ və İran bayraqları
ABŞ və İran bayraqları

İki ölkənin prezidenti görüşə bilər

ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilə bilər.

Bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib.

Mümkün görüş barədə suala cavab verən D.Tramp deyib: "Hər şey mümkündür. Onlar danışmaq istəyir. Onlar müqavilə bağlamaq istəyir".

Bundan əlavə D.Tramo qeyd edib ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün sanksiyaların bir hissəsini ləğv etməyəcək.