Türkiyəli nazir Azərbaycanda səfərdədir

05 Sentyabr, 2017 16:15 | Siyasət | Baxış sayı: 107

Onun İlham Əliyevlə də görüşü gözlənilir

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. İstiPress xəbər verir ki, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.

Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir. Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq. Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq