Bizi sevməyən telekanalın əsas bağlanma səbəbi

05 Sentyabr, 2017 07:51 | Siyasət | Baxış sayı: 1000
Rusiya telekanalının efir otağı
Rusiya telekanalının efir otağı

Telekanalın rəhbərliyi Azərbaycanı gözdən salmaqla bağlı konkret tapşırıq veribmiş

Avqustun sonlarında Moskvada "Life News" media holdinqi bağlanıb. Bunun əsas səbəbi kobud siyasi səhvlər və Azərbaycanı gözdən salmaq cəhdləri olub.

Reytinq dalınca qaçan telekanal hər hansı bir hadisəni izah edərkən çox sayda səhvlər buraxırdı. Onun baş direktoru Aram Qabrielyanov durmadan iddia edirdi: "Mən yuxarıların narazılığını anlayıram. Amma həqiqəti göstərmək və demək bizim işimizdir".

Ancaq Qabrileyanovun həqiqətlərini yoxladıqda açıq yalan olduğu ortaya çıxırdı. "Life News" jurnalistlərini yalanlara görə Kreml press-pulundan çıxarıblar.

«Life News» telekanalının işində əsas hədəf erməni millətçilərinin maraqlarının Rusiya informasiya məkanında təbliği olub.

Sirr deyil ki, baş direktor Aram Qabrielyanov öz erməni mənşəyini həmişə vurğulayıb. Əgər redaksiya siyasəti olmasaydı bunu öz tarixi vətəninə bağlılıq kimi qiymətləndirmək olardı. Media holdinqin Qabrielyanov tərəfindən hazırlanmış redaksiya siyasətində Rusiyanın Cənubi Qafqazdakı maraqları nəzərə alınmırdı, yalnız erməni maraqlarının təbliği hədəf olaraq götürülmüşdü.

Bu, əlbəttə, İrəvan üçün Bakı ilə münaqişədə çox əlverişli idi. Amma Rusiya niyə Azərbaycanla - dərin tarixi, mədəni və iqtisadi bağlarla əlaqəli olan ölkə ilə münasibətələri korlamalı idi?

2016-cı ilin aprel ayında Azərbaycan ordusu düşmən hücumunun qarşısını alaraq hücuma keçən zaman «Life News» jurnalistləri bu münaqişəni yalnız erməni tərəfinin maraqları çərçivəsində işıqlandırmağa başladılar. Məhz bu telekanal Azərbaycan tərəfindən İŞİD muzdlu dəstələrinin döyüşməsi barədə yalan məlumatları yaymağa başladı.

Nəhayət Azərbaycan tərəfi bu telekanalın əməkdaşlarından ölkəni tərk etməyi tələb etməyə məcbur oldu. Moskvada anladılar ki, bu media holdinq dost ölkəyə qarşı bütün sərhədləri keçib. Daha sonra şirkətin işinin yoxlanması zamanı aşkarlandı ki, telekanalın rəhbərliyi Azərbaycanı gözdən salmaqla bağlı konkret tapşırıq veribmiş.

Holdinqin işində çox sayda kiçik və böyük siyasi səhvlər də ortaya çıxdı. Bu da ermənisayaq həqiqətləri çox sevən «Life News» media-holdinqinin durmadan batmasına səbəb oldu.

Mais Məmmədov, əməkdar jurnalist