Almaniya Türkiyəyə konkret "yox" dedi

05 Sentyabr, 2017 13:05 | Siyasət | Baxış sayı: 171
Almaniya
Almaniya

Merkel Türkiyənin Aİ üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması məsələsini qaldıracaq

Almaniya Avropa Birliyinin növbəti sammitində Türkiyənin təşkilata üzvlüyü ilə bağlı danışıqların dayandırılması məsələsinin müzakirəsini təklif edəcək..

İstiPress-in rus mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniya federal kansleri Angela Merkel Bundestaqda çıxışında deyib.

"Mən növbəti zirvə toplantısında Türkiyə ilə münasibətlərin gələcəyini, o cümlədən üzvlük müzakirələrinin dayandırılması və ya təxirə salınması məsələsini nəzərdən keçirməyi təklif edəcəyəm", - deyə o, bildirib.

Türkiyədə bir neçə Almaniya vətəndaşının həbs olunmasından sonra Birlik Ankaranı insan haqları pozuntularında itiham edir.