Şimal rayonunda Şəhidlər Xiyabanı yenilənir

05 Avqust, 2020 17:58 | Siyasət | Baxış sayı: 140

Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanı yenilənir.

İstiPress-in şimal bürosuna yerli İH-nin verdiyi məlumata görə, artıq 10-cu aydır rayona rəhbərlik edən Elnur Rzayev baxımsız və köhnə vəziyyətdə olan Şəhidlər Xiyabanının yenilənməsi barədə qərar verib.

Artıq bir neçə müddətdir ki, Xiyabanda əsaslı bərpa və təmir işlərinə başlanılıb. Xaçmaz İH başçısı Elnur Rzayev Şəhidlər Xiyabanında aparılan təmir işlərinin gedişini yerində yoxlayıb və müvafiq təşkilat rəhbərlərinə öz tapşırıqlarını verib. Şəhidlər Xiyabanında əsaslı təmir işləri başa çatandan sonra burada yeni yaşıllıqlar salınacaq, ağac və gül kolları əkiləcək.

Elnur Rzayev Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət göstərdiyini qeyd edərək Xaçmazda görülən işlərin ölkə başçısının birbaşa göstərişilə həyata keçirildiyini deyib.