Snayperlərimiz 2 sm-lik dairəyə atəş açdılar

05 Avqust, 2019 14:43 | Siyasət | Baxış sayı: 55
Snayper
Snayper

“Beynəlxalq Ordu Oyunları - 2019”da yeni mərhələ

"Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz növbəti mərhələyə hazırlaşırlar. Müdafiə Nazirliyindən verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.

Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edir, mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.