Qarabağ zənciri - Paşinyanı qorxudan çox məxfi sənəd

05 Avqust, 2019 17:45 | Siyasət | Baxış sayı: 634
Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazir erməniləri panikaya düşməməyə çağırıb

Ermənistan baş naziri Nikol Paşinyan bazar günü ənənəvi “Facebook” açıqlamasında  erməniləri şoka salıb.

İstiPress-in məlumatına görə, “newsarmenia.am” portalı baş nazirin 2014-cü ildə Ermənistanın vəziyyəti ilə bağlı hazırlanmış bir gizli hesabatla tanış olduqdan sonra dəhşətə gəldiyini yazıb. “Bu hesabat o qədər məxfidir ki, hətta mən də onun açıqlanmasını doğru saymıram…”, - deyə Nikol Paşinyan vurğulayıb.

Ermənistan baş nazirinin sözlərinə görə, sənəd ölkənin hansı vəziyyətdə olduğunu göstərir. Nikol Paşinyan əhalini mətin olmağa və çaxnaşmaya düşməməyə çağırıb. Bu sözlər Ermənistanın bir sıra siyasi partiyalarını narahat edib və hətta “Vahid Ermənistan” partiyası Paşinyandan mütləq sənədi dərc etməyi tələb edib.

Əslində, sənəd Ermənistanda real vəziyyəti göstərir və bu, statistik rəqəmlərin təsvir etdiyi vəziyyətdəqn çox fərqlidir. Fərqlər göz qabağındadır - statistika Ermənistanda 3 milyon adamın yaşadığını deyir - real isə 1.4 milyon adam qalıb, 100 kənd tamamilə ləğv olub, 300 kənddə isə icra nümayəndələrindən başqa heç kimi yaşamır, yəni o kəndlər də dağılmağa gedir.

Statistikaya görə, Ermənmistanın 60 minlik ordusu var, reallıqda isə ölkədə hər il 10 min gənc çağırış yaşına çatır, bu da maksimum 20-25 minlik ordu saxlmağa imkan verir. Yəni muzdlularla birlikdə Ermənistan ordusu əsasən Qarabağdakı 20-30 minlik işğal birləşmələrindən ibarətdir, ölkə ərazisi isə tamamilə rus ordusunun nəzarəti altındadır. Yəni həmin məxfi sənəd Ermənistanın yarımmüstəmləkə və yoxsul bir durumda olduğunu ortaya çıxarır.  

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Təbii ki, bütün bunlar Qarabağdakı müharibənin Ermənistan üçün gətirdiyi gözlənilməz nəticələrdir. Ermənilər Qarabağın erməni kəndlərini hələ sovet vaxtında işğal etmişdilər - hələ 1987-ci ildə Moskvanın himayəsi altında yaradılmış moto-atıcı erməni birlikləri artıq 1989-cu ildə Azərbaycanın ermənilər yaşayan məntəqələrini nəzarətə götürmüşdülər, həmin vaxt Moskva bölgədə yaşayan azərbaycanlılardan hətta ov tüfəngi belə saxlamağ icazə vermirdi. 

Düzdür, sonradan Azərbaycan müstəqil olduqdan sonra müəyyən əraziləri geri ala bilmişdi, amma Qraçovun müdafiə naziri olduğu zamanlarda Rusiyanın açıq müdaxiləsi Azərbaycan ərazilərinin 17 faizinin işğalı ilə nəticələndi. Ermənilər Qorbaçovun və komandasının bu “hədiyyəsini” həvəslə qəbul etdilər və nəticələrini düşünmədilər.

Nəticə isə göz qabağındadır – Ermənistanın Qarabağa görə blokadası üzündən yoxsulluq, iflas və xaraba qalan kəndlər. Nə qəldər ki, Azərbaycan əraziləri işğal altında olacaq, Ermənistanda bu vəziyyət davam edəcək. Yəni indi ermənilərin bu vəziyyətdən çıxmaqdan ötrü bir yolu var - Ermənistan ordusu işğal edilmiş torpaqlardan çıxmalıdır. Əks halda, bu, erməni xalqının sonu olacaq.