Putin Təhlükəsiz Şurasını təcili topladı

05 Avqust, 2019 20:40 | Siyasət | Baxış sayı: 192
Vladimir Putin - Rusiya prezidenti
Vladimir Putin - Rusiya prezidenti

ABŞ-ın son qərarı müzakirə olunur

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsiz Şurasının üzvləri ilə təcili iclas keçirib.

İstiPress-in məlumatına görə, iclasda ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını birtərəfli qaydada tərk etməsi məsələsi müzakirə edilib.

Rusiya lideri ABŞ-ın silahlanmaya nəzarət sahəsində əsas sənədlərdən birini məhv etdiyini bildirib. Onun sözlərinə görə, sözügedən addım dünyadakı vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirib, hər kəs üçün fundamental risklərə səbəb olub.