Ölüm xəbəri yayılan türkmənbaşı "Cəhənnəm qapıları"nda

05 Avqust, 2019 09:13 | Siyasət | Baxış sayı: 153
Qurbanqulu Berdimuhəmmədov
Qurbanqulu Berdimuhəmmədov

Berdimuhəmmədov at belində üzə çıxıb

Ölüm xəbəri yayılan Türkmənistan prezidenti Qurbanqulı Berdimuhəmmədov üzə çıxıb. Prezident uzun müddət sonra ilk dəfə dövlət televiziyasında görünüb. Türkmən televiziyası Berdiməhəmmədov məzuniyyəti zamanı aktiv istirahətlə məşğul olduğuni açıqlayıb. 

Türkmənistan liderinin səhər velosiped sürdüyü, atçılıq kompleksinə baş çəkdiyi, "Şapolat" ləqəbli atla gəzdiyi qeyd edilir. Bundan başqa dövlət başçısı avtomatik silahdan atəş açıb, Aşqabad olimpiya kompleksində olub, səhər idmanı edib.

Bundan başqa Berdimuhəmmədov idman avtomobilinin sükanı arxasında ölkənin turistik məkanlarından sayılan yerə - qaz kraterinə də gedib. Bura Türkmənistanda rəsmi olaraq "Karakum parıltısı", ölkədən kənarda isə "Cəhənnəm qapıları" adı ilə tanınır. 

Xatırladaq ki, Berdimuhəmmədovun iyulun 5-dən sonra görünməməsi onun səhhətində problelərin olması, hətta ölməsi barədə şayiələrin yayılmasına səbəb olmuşdu.