Müsavat üzvü məhkəmə zalından azadlığa buraxıldı

05 Avqust, 2019 15:45 | Siyasət | Baxış sayı: 59
Azad Həsənov
Azad Həsənov

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Musavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İstiPress-in xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Azad Həsənovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A.Həsənov məhkəmədə son söz söyləyib. O, ona elan olunan ittihamla özünü təqsirli bilməyib və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Azad Həsənov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona şərti cəza təyin edilib, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A. Həsənov ötən ilin oktyabrın 11-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.