43 yaşlı birinci xanım xərçəngə qalib gəldi

05 Avqust, 2019 12:33 | Siyasət | Baxış sayı: 103
Əsma Əsəd
Əsma Əsəd

Əsma Əsəd: "Mənim səyahətim bitdi"

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd xərçəng xəstəliyinə qalib gəlib. 43 yaşlı birinci xanım Əsma özü bu barədə məlumat verib. O, bir neçə il davam edən müalicəsini də öz ölkəsində - hərbi hospitalda etdirib.

O, qatıldığı televiziya verilişində "mənim səyahətim bitdi. Xərçəngə tamamilə qalib gəldim" deyə bildirib.

Ə.Əsədin sözlərinə görə, yanvar ayında hospitalda əməliyyat olub. Bu zaman həyat yoldaşı, valideynləri, övladları da onun yanında olublar.

Xatırladaq ki, Əsma Əsəd Londonda suriyalıların ailəsində anadan olub. Yüksək ali təhsil alan Əsma 2000-ci ildə özündən 10 yaş böyük Bəşər Əsədlə ailə qurub. Onların 3 övladları var.