Trampın gözü önündə ABŞ bayrağını yandırdılar - VİDEO

05 İyul, 2019 11:16 | Siyasət | Baxış sayı: 95
Donald Tramp
Donald Tramp

ABŞ lideri Ağ Evdən çıxıb bayrama qatılmasından bir saat əvvəl baş verib

ABŞ-da Müstəqillik Günündə Ağ Evin yanında üç nəfər ölkə bayrağını yandırıb.

İstiPress “Washington Examiner”a istinadən xəbər verir ki, hadisə ABŞ lideri Donald Trampın Ağ Evdən çıxıb bayrama qatılmasından bir saat əvvəl baş verib.

Bayrağı solçu fəallar yandırıblar. Onlar həmin vaxt dövlət əleyhinə şüarlar da səsləndiriblər. Hadisə sağçılarla solçular arasında toqquşmaya səbəb olub.

Bayrağı yandıran Qreqori Conson və iki silahdaşı Məxfi Xidmətin əməkdaşları tərəfindən həbs edilib.