Tramp: Kaliforniyada çox güclü zəlzələ baş verib - VİDEO

05 İyul, 2019 10:59 | Siyasət | Baxış sayı: 126
Kaliforniyada zəlzələ
Kaliforniyada zəlzələ

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

ABŞ-ın Kaliforniya ştatında 6,6 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, bu barədə  ABŞ prezidenti Tramp bildirb. 

ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerlı vaxtla saat 17:33 Rickrest şəhərindən 18 kilometr şimal-şərqdə, ocağı isə 8,7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bu, son 25 ilin ən güclü zəlzələsidir. Eyni güclü zəlzələ Kaliforniyada 1994-cü ildə baş vermişdi. 6,7 ballıq yeraltı təkanlar 60 nəfərin həyatına son qoyub kütləvi dağıntılara səbəb olmuşdu. Kaliforniya ştatı bir neçə milyard ABŞ dolları zərər çəkmişdi.