Mehriban Əliyevadan Ayaz Mütəllibovun ailəsinə jest

05 İyul, 2019 14:59 | Siyasət | Baxış sayı: 277
Mehriban Əliyeva
Mehriban Əliyeva

Ədibə Mütəllibova bu gün səhər saatlarında dünyasını dəyişib

Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond öz üzərinə götürüb. 

İstiPress-in məlumatına görə, uzun sürən xəstəlikdən sonra bu gün həyatını itirən Ə. Mütəllibovanın yas mərasimi ilə bağlı təşkilati məsələləri Heydər Əliyev Fondu yerinə yetirəcək.

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibova bu gün səhər saatlarında dünyasını dəyişib. Eks-prezidentin xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib.