Ayaz Mütəllibovun həyat yoldaşı ilə vida mərasimi keçirilir - FOTO

05 İyul, 2019 15:14 | Siyasət | Baxış sayı: 358

Hüzr mərasimi Təzəpir məscidində keçiriləcək

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibova bu gün səhər saatlarında dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, eks-prezidentin xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib.

Hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!