Almaniyada azərbaycanlı İŞİD-çinin arvadına hökm oxundu

05 İyul, 2019 17:15 | Siyasət | Baxış sayı: 96
İŞİD-çi qadın
İŞİD-çi qadın

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib

Almaniya məhkəməsi döyüş zonasından öz ölkəsinə qayıdan İŞİD terror qruplaşmasının döyüşçüsünün həyat yoldaşına hökm oxuyub.

İstiPress-in məlumatına görə, məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən 32 yaşlı Səbinə Z.-ni 5 il müddətinə azadlıqdan məhrum edib. 

Ştutqart Regional Yüksək Məhkəməsinin iddianaməsinə görə, Səbinə Z. İslam dinini 22 yaşında qəbul edib. O, 2013-cü ilə qədər əri və 2 uşağı ilə birlikdə Berlində yaşayıb. Daha sonra ondan ayrılaraq Suriyaya gedib. Burada Azərbaycan əsilli İŞİD üzvü ilə ailə qurub. Əri öləndən sonra 4 il Suriya və İraqda yaşayıb, daha iki uşaq dünyaya gətirib.

İstintaqla müəyyən edilib ki, Səbinə Z. sosial şəbəkələrdə İŞİD döyüşçülərinin həyatını təbliğ edib, döyüş təlimləri keçib, edamlara qatılıb. O, 2017-ci ilin sentyabrında kürd döyüşçülər tərəfindən saxlanılıb, 2018-ci ilin aprelində Almaniyaya geri qayıdıb və orada da həbs edilib. 

Səbinə Z. Məhkəmə prosesində radikallara könüllü şəkildə qoşulduğunu etiraf etsə də, terror təşkilatının üzvü olması ilə bağlı ittihamları qəbul etməyib.