Prezident məşhur müğənniyə orden verdi

05 İyul, 2018 18:59 | Siyasət | Baxış sayı: 267
İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

Prezident İlham Əliyev Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskayanı “Şərəf” ordeni ilə təltif edib.

İstiPress xəbər verir ki, prezidentin digər sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov da “Şöhrət” ordeni ilə təltif edilib.

Həmçinin, Tərlan Böyükbala oğlu Qorçuya isə “Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Tamara Sinyavskaya  və həyat yoldaşı Müslüm Maqomayev
Tamara Sinyavskaya və həyat yoldaşı Müslüm Maqomayev