Ordumuz gecə döyüşlərinə başladı

05 İyul, 2018 18:01 | Siyasət | Baxış sayı: 306

Azərbaycan Ordusunun davam edən genişmiqyaslı təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.

Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.