Moskvanın Ermənistanla bağlı hiyləgər planı

05 İyul, 2018 10:26 | Siyasət | Baxış sayı: 414
Mixail Leontyevin sözlərinə İrəvanda sərt reaksiya verdilər
Mixail Leontyevin sözlərinə İrəvanda sərt reaksiya verdilər

Rusiya Paşinyana quyu qazır?

Ermənistanın yeni hakimiyyəti xalqın həbslər, axtarışlar, ifşalar çatışmazlığını hiss etməməsi üçün səylərini əsirgəmir. Əlbətdə ki, həyat bununla daha yaxşılaşmır. Korrupsiya şousu davam edir, cəmiyyət eyforiyadadır. “Qraparaq” qəzeti belə yazır.

Açılan cinayət işləri isə yavaş-yavaş arxa plana keçir. “Həmişə belə olub. Cinayət işi açılır, pul mənbəsi tapamağa cəhd edilir. Uzun fasilədən sonra açıqlanır ki, cinayət tərkibi guya tapılmadı. Və hər şey bitir”.

Qarabağdan olan əsas quldurlar, qaniçənlərdən biri Manvel Qriqoryan və arvadının yaxınları hesab edirlər ki, ona silah saxlamağa görə uzunmüdətli iş verməyəcəklər. Konservlərə gəldikdə isə, o cəmi 2 milyon dramlıq oğurluq edilib. Cinayət işi isə bu rəqəm 3 milyondan çox olanda açılır. Bundan başqa o özünü həbsxanada çox pis hiss edir. Vəkillər isə bunu əsas gətirərək erməni “qəhrəman”ın həbsxanadan ev həbsinə köçürülməsini tələb edirlər. Qriqoryanın arvadına isə heç bir təhlükə yoxdur.

Bunun üçün də həbslərlə, axtarışlarla bağlı bütün bu işlər də böyük şounun bir hissəsidir. Erməni mətbuatı bu gün qalmaqallar və ifşalarla yanaşı, Moskvanın guya Paşinyanı devirmək niyyətində olduğu, hiyləgər plan qurması barədə də xeyli material da dərc edir. Bu barədə ilk olaraq “Jamanak” məlumat yayıb.

Bir zamanların hakim partiyasının üzvi, eks baş nazir Karen Karapetyan öz rus dostları ilə yeni partiya yarada bilər. Qəzet yazır: “Moskvanın iki planı var – Paşinyanı devirmək, hakimiyyətə Moskvanın təsirində olan qüvvələri gətirmək və ya birinci mərhələdə istənilən anda ictimai fikirdən istifadə edərək yeni inqilab yarada biləcək güclü müxalifət yaratmaq”.

Erməni mətbuatı etiraf edir ki, xalq itaətsizliyi üçün səbəb də kifayət qədərdir. Günbəgün sosial-iqtisadi vəziyyət hakimiyyətin vədlərinə baxmayaraq pisləşir. Hətta bu gün vəziyyət Sarkisyanın vaxtında olduğundan daha ağırdır.