Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır

05 İyun, 2020 10:43 | Siyasət | Baxış sayı: 242
Yunanıstan əsgərləri
Yunanıstan əsgərləri


Yunanıstanın hərbi naziri Nikos Panayotopoulos yunan-türk qarşıdurmasının müharibəyə çevrilə biləcəyini və ölkəsinin Türkiyəyə qarşı hərbi əməliyyat aparmağa hazır olduğunu bəyan edib.

İstiPress  “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir son vaxtlar Türkiyənin davranışının olduqca aqressiv olduğunu bildirb: "Hesab edirəm ki, bu cür davranışın öhdəsindən gəlməyin yeganə yolu bir tərəfdən bütün diplomatik silahlarından istifadə etmək, digər tərəfdən isə silahlı qüvvələrin gücünü artırmaqdır”, - nazir bildirib.

Yunanıstanın münaqişənin hərbi yolla həllinə hazır olub-olmadığına gəlincə, o, "istənilən vəziyyətə hazırıq" - deyə cavab verib.

Bir neçə gün əvvəl Türkiyənin rəsmi qəzeti Yunanıstan adalarına yaxın bir rayonda Türkiyə neft şirkətinin karbohidrogen tədqiqatına və istehsalına dair lisenziya almaq üçün müraciətiətini dərc edib. Yunanıstanın xarici işlər naziri Nikos Dendias isə ölkəsinin kontinental şelfində neft və qaz kəşfiyyatı üçün lisenziyanın verilməsini təxribat adlandırıb. Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis 3 iyun tarixində bununla bağlı Avropa İttifaqı rəhbərliyinə məktub göndərib.