Xankəndi Paşinyanı da qorxuya saldı

05 İyun, 2018 09:40 | Siyasət | Baxış sayı: 440
Xankəndində aksiya
Xankəndində aksiya

Baş nazir Qarabağdakı ermənilərə yalvarmağa başladı

Qarabağda iyunun 1-dən başlamış etirazlar İrəvanda ciddi qorxu yaradıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, vəziyyətə Ermənistanın baş naziri Nikol Paşainyan müdaxilə etməli olub. Özü nazir seçilənə qədər insanları meydanlara, küçələrə, yolları bağlamağa çağıran Paşinyan bu dəfə əks addım atıb. O, Xankəndində erməni özbaşınalığına, reketliyinə qarşı çıxan yerli əhalidən aksiyaları dayandırmağı tələb edib.

Bu barədə o özünün "Facebook" səhifəsindəki canlı yayımında deyib. "Güc sturukturları nümayəndələrinin əməllərinin narahatlıq doğurması barədə heç bir şübhə yoxdur. Bu vəziyyətin konkret həll yolu olmalı və bu konkret nəticələrə gətirməlidir". Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izlədiyini qeyd edib. 

O, deyib ki, separatçı rejimin rəhbərliyi ilə razılaşama olub. İndi onların addımlarını gözləmək lazımdır. Əəgər vəziyyət əldə edilən razılaşmaya uyğun həll edilməzsə onda yenidən top nümayişçilərin meydanında olacaq. "Qardaş kimi çağırış edirəm - Qarabağdakı aksiyaları dayandırın. Əminəm ki, məsələ sülh yolu ilə həll ediləcək". 

Paşinyanın bu çağırışından sonra iddiaya görə, etiraz aksiyaları dayandırılıb. Düzdür bunun nə dərəcədə doğru olub-olmadığını bilmək mümkün deyil. Hətta qondarma rejimin baş naziri hesab edilən Araik Arutunyan deyib ki, əgər xalq istəsə hamı istefa verməyə hazırdır. 

Xatırladaq ki, hazırda Ermənistanın özündə də vəziyyət elə də sakit deyil. Ölkədə Paşinyanın çağırışlarına baxmayaraq etiraz edənlərin sayı günü-gündən artır, müxtəlif səbəblərlə insanlar küçələrə çıxaraq etirazlarını dilə gətirilər. Məsələn, "Nairit" zavodunun əməkdaşları yanvar ayından maaşlarını ala bilməməkdən şikayət edirlər. Söhbət 200-ə yaxın işçidən gedir. Onlar yeni hökumətə məsələnin həlli üçün iki gün vaxt veriblər. 

Kassasiya Məhkəməsi önünə toplaşanlar isə həbsdə olan Qarabağ ermənisi Samvel Babayanı həbsinə etiraz edirlər. Onlar hətta Babayanı xalqı sakitləşdirmək üçün Xankəndiyə yollamağıda tövsiyyə edirlər. 

Bir qrup isə dövlət məmurlarının istefaya getməsi üçün etirazlarına davam edir.