Prezident Goranboya getdi, minlərlə insanı şəxsən sevindirdi YENİLƏNİB II

05 İyun, 2018 14:20 | Siyasət | Baxış sayı: 164
Goranboyda açılan yol
Goranboyda açılan yol

Dövlət başçısı rayonda bir neçə obyektin açılışını edib

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

Daha sonra dövlət başçısı Bayraq Muzeyinin açılışına qatılıb. Goranboy Bayraq Muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb. 

Bu gün həmçinin İlham Əliyev iştirakı ilə Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışı keçirilib. 

Prezident İlham Əliyev Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini də ziyarət edib.

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı
Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı
“Dəliməmmədli” yarımstansiyası
“Dəliməmmədli” yarımstansiyası

Saat 12:05

Goranaboyda səfərdə olan prezidenti İlham Əliyev rayonunda “Region Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına müəssisə barədə məlumat verib.
Azərbaycan Prezidenti müəssisənin kollektivi ilə görüşüb.

Saat 10:22

Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib. Səfər çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.

Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb.

Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.