İrandan göz dağı - 10 qat ağır zərbə olacaq

05 İyun, 2018 10:52 | Siyasət | Baxış sayı: 351
İrana məxsus texnika
İrana məxsus texnika

Dini liderdən dünyanı şok edən açıqlama

ABŞ-ın nüvə sazişindən geri çəkilməsi və İrana qarşı sanksiyaları yenidən tətbiq etməsi əks-reaksiya doğurub. İstiPress-in məlumatına görə, İran zənginləşdirilmiş nüvə ehtiyatını artırmaq niyyətindədir. Bu barədə Ali dini lider Əli Xameneyi deyib. Dini lider ölkəsinin atom enerjisi qurumuna zənginləşdirilmiş uranı 20 dəfəyə yaxın artıqmaq barədə tapşırıq verib.

Onun sözlərinə görə, sanksiyalarla iran xalqını diz çökdürmək istəyirlər. "Bəzi Avropa ölkələrindən əldə edilən məlumatlara görə həm sanksiyalara boyun əyməyimiz, həm də nüvə fəaliyyətindən əl çəkməyimizi gözləyirlər. Bunu yuxuda görərlər. İran həm sanksiyaları, həm də nüvə fəaliyyətindəki məhdudiyyətləri qəbul etməyəcək". 

Bununla belə dini lider deyib ki, nüvə razılaşması çərcivəsindən çıxmayacaq, yəni uranı icazə verilən 3,5 faizdən artıq zənginləşdirməyəcək. 

Bununla yanaşı Xamaneyi deyib ki, Tehran ballistik raket proqramından imtina etmək niyyətində deyil. Əgər hərbi müdaxilə olarsa düşmənə 10 qat ağır zərbə endirməyə hazırdır. 

Xatırladaq ki, İranla altılıq ölkələri arasında nüvə sazişi 2015-ci ildə imz alanıb. Lakin bir müddət öncə ABŞ prezidenti Donald Tramp bu sazişdən çıxdıqlarını elan edib.

Dini lider
Dini lider