Ermənilərin Moskva təxribatı

05 İyun, 2018 14:01 | Siyasət | Baxış sayı: 173
Rus tankları Ermənistanda
Rus tankları Ermənistanda

İndidə Slovakiyanı ittham etməyə başlayıblar

Ermənistan XİN növbəti dezinformasiya yayılıb. Bu xəbər erməni nazirin Moskvada nəzərdə tutulan rus həmkarı Lavrovla görüşü ərəfəsində yayılıb. Ermənilər yenidən hansısa Slovakiyadakı mənbələri Azərbaycana haubitsalar satmaqda ittiham edirlər.  

Maraqlıdır, indi hansısa ölkə başqa ölkədən silah alıb satmaq üçün İrəvandan icazə almalıdır? Ermənilər özləri haqqında çox yüksək düşüncədədirlər.

İki il əvvəl onlar Moskvanı şantaj etməyə çalışırdılar. İrəvandakı Moskva səfirliyinin önündə “Bakıya silaha yox” şüarı ilə aksiyalar keçirirdilər. Deməli, İrəvana işğal üçün silah almaq olar, Bakıya yox? Axmaqlıqdır...

Yeni baş nazir Nikol Paşinyan Rusya prezidenti Vladimir Putinlə Soçi görşündə bu məsələni qaldırmağa çalışıb. O, da Rusiyanın silah satışını dayandıracağına ümid edib. Amma ümidləri puç olub.

Müdafiə sahəsindəki istənilən hərbi texnikanı Bakı Moskvadan təyin edilən qiyməti ödəməklə alır. Ermənistan isə demək olar ki, Rusiyadan kredit dilənir ki, lazımı silahlarını ala ilsin. Bu kreditlər isə çətin ki, nə vaxtsa ödənilsin.