Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi öldü

05 May, 2020 09:47 | Siyasət | Baxış sayı: 55

Onun minaya düşərək öldüyü iddia olunur

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqsoyan ölüb.

IstiPress “newsarmenia.am”a istinadən xəbər verir ki, onun hansı şəraitdə öldüyü məlum deyil. 

1988-ci ildə anadan olan Taron Poqosyanın minaya düşərək öldüyü iddia olunur.

O, orduda müqavilə əsasında xidmət edirmiş. 

Hadisə ilə bağlı araşdırma aparılır.