Ukraynada deputatı döymüş azərbaycanlı vətənində tutuldu

05 May, 2018 16:52 | Siyasət | Baxış sayı: 100
Mustafa Nayem - əfqan mənşəli Ukrayna siyasətçisi
Mustafa Nayem - əfqan mənşəli Ukrayna siyasətçisi

Ukrayna Radasının deputatı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda tutulub. İstiPress-in məlumatına görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.

Avakovun sözlərinə görə, hücum edən 3 nəfər hadisə yerində yaxalanmışdılar, onlar həbs ediliblər.

“Dördüncü iştirakçı hadisədən 20 dəqiqə sonra təyyarə bileti sifariş etmiş və 2,5-3 saatdan sinra Bakıya uçmuşdu. Sərhədi keçdiyi vaxta qədər onun şəxsiyyəti müəyyən edilməmişdi, lakin qiyabi olaraq onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülmüşdü və o, axtarışa elan edilmişdi. Bu gün həmin şəxs azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb”, - nazir bildirib.

Xatırladaq ki, aprelin 30-da Kiyevdə baş vermiş yol münaqişəsi zəminində aralarında Rusiya vətəndaşları da olan dörd kişi Nayemi döymüşdü. Deputat xəstəxanaya çatdırılmışdı.