Rusiyanı etiraz aksiyaları bürüdü: Aleksey Navalnı saxlanıldı

05 May, 2018 18:25 | Siyasət | Baxış sayı: 354
Moskva - polis Aleksey Navalnının tərəfdarlarını saxlayır
Moskva - polis Aleksey Navalnının tərəfdarlarını saxlayır

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb.

İstiPress-in məlumatına görə, bu barədə Qazeta.ru xəbər verir.

Saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.

Aleksey Navalnı
Aleksey Navalnı

Hüquq-mühafizə orqanları əməkdaşları meqafonlar vasitəsilə aksiyanın qeyri-qanuni olduğuna dair xəbərdarlıq edir və toplaşanların dağılışmasını tələb edirlər. Polisin bir neçə nəfəri saxladığı da bildirilir.

Qeyd edək ki, bu gün Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları tərəfindən icazəsiz mitinqlər keçirilir.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təntənəli andiçmə mərasimi olacaq.