Prezidenti İndoneziyaya dəvət etdilər

05 May, 2018 11:34 | Siyasət | Baxış sayı: 58
İlham Əliyev
İlham Əliyev

İlham Əliyev İndoneziyaya dəvət edildi. İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Həmkarı İlham Əliyevi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı təbrik edib. "Ötən 25 il ərzində daim güclənməkdə olan əlaqələrimizin inkişafı və təşviq edilməsi istiqamətində ölkələrimizin böyük səylərinin şahidi olmuşuq. Bu xoş fürsətdən istifadə edərək, İndoneziyanın Azərbaycan ilə müxtəlif sahələr üzrə yaxın əməkdaşlığın davam etdirilməsində qərarlı olduğunu bir daha vurğulamaq istərdim.

Mən dərindən inanıram ki, mövcud əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün birgə səylərimizi davam etdirəcəyik. Bunun üçün Zati-alinizin hər iki tərəfə münasib tarixdə İndoneziyaya səfər etməsindən şərəf duyardım.

Mən əminəm ki, Sizin səfəriniz xalqlarımızın mənafeyi naminə İndoneziya ilə Azərbaycan arasındakı səmimi əməkdaşlığın daha da inkişaf etməsinə yol açacaq".