Paşinyan xəbərdarlıq etdi - "Hazır olun"

05 May, 2018 08:25 | Siyasət | Baxış sayı: 175
İrəvanda polislə toqquşma
İrəvanda polislə toqquşma

İrəvan yenə qarışır?

"Bu sistem asanlıqla təslim olmayacaq". Ermənistanın baş nazir postuna iddialı olan Nikol Paşinyan yenidən öz tərəfdarlarına müraciət edib.

O, etirazçıları ayıq-sayıq olmağa çağırıb. Deyib ki, istənilən an xalqı yenidən mitinqə, vətəndaş itaətsizliyinə səsləyə bilər. “Biz korrupsiyaya batan bu sistemin asanlıqla təslim ola biləcəyinə ümid bəsləməməliyik”.

Paşinyan hətta iddia edib ki, hakimiyyət öz cinayətlərini ört basdır etmək üçün əks hücuma da keçə bilər.  

Artıq sosial şəbəkələrdə mayın 8-də parlamentin baş naziri seçmək üçün toplanacaq iclası zamanı İrəvanın İnqilab meydanında toplaşmaq baədə məlumat yayılıb.