Ermənistanı gözləyən ağır sınaq

05 May, 2018 10:33 | Siyasət | Baxış sayı: 328
Ermənistan Sarkisyan rejiminə etiraz edən şəxs
Ermənistan Sarkisyan rejiminə etiraz edən şəxs

Paşinyan fikrini dəyişdi, Moskva ilə qardaş oldu

Ermənistanın baş naziri olmaq istəyən müxalifət lideri Nikol Paşinyanın həm tərəfdarları qarşısında, həm parlament binasındakı çıxışlarını analiz edəndə belə nəticəyə gəlmək olur ki, uyğunsuzlular çoxdur. Ekspertlər belə düşünürlər.

Məsələn, Paşinyan qəfildən Moskvaya münasibətini kəskin dəyişib. Əgər əvvəllər onun ritorikası antirusiya xarakter daşıyırdısa, indi hansısa sehrli üsulla Rusiya onun üçün qardaş ölkə olub. Politoqlolar hesab edirlər ki, Paşinyan öz bəyanatları ilə daha çox deputatlara yox, kütləyə işləyib. Axı ermənilər Moskvanaın dəstəyini itirməkdən çox qorxurlar.  Həm təhlükəsizlik, həm də iqtisadi sferada. 

Paşinyan and–aman edib ki, Ermənistan heç vaxt Avrasiya İttifaqından və KTMT-dən çıxmayacaq. Respulika partiyasından olan rəqibləri isə dərhal ona elə də uzaq keçmişdə yox, bir ay qabaqki sözlərini xatırladıblar. Paşinyan qısa müddət öncə dərhal ölkənin adıçəkilən qurumlardan çıxmasını tələb edirdi. Bununla bağlı politoloqlar da bir məsələyə diqqət çəkirlər -  bir az inqilabçı, bir az liberal və sosialist olmaq olmaz.

Daha bir bəyanata diqqət yetirmək lazımdır. Halkimiyyətə can atan müxalifət lideri əvvəllər Qarabağ münaqişəsi haqqında bir kəlmə də etmirdi. Bu gün isə o deyir ki, Qarabağın beynəlxalq səviyyədə tanınması üçün mübarizə aparacağıq. Bundan başqa orduya ayrlan büdcənin artırılmasını, yeni silahlar almağı tələb edir. Amma ölkənin xirtdəyə kimi borc içində olduğu bir vəziyyətdə bu pulu haradan tapmaq olar?  Baş nazir postuna iddialı olan şəxs bax bunu açıqlamayıb.

Bu gün bir çox mütəxəssislər hesab edirlər ki, Ermənistanda Paşinyanın mitinqlərində qışqırdığı heç bir plüarizm, insan haqları  yoxdur. Erməni deputatlardan birinin dediyi kimi – Paşinyan açıq-aşkar deyir ki, ya mənim tərəfimdə ol, ya da səni asacam.

Hələlik onun bütün bəyanatları hakimiyyətlə mübarizəyə yönəlib. Amma insanları yedirmək, iş vermək, maaş ödəmək də lazımdır ki, ölkəni tərk etməsinlər. Paşinyan isə hələlik bu barədə bir kəlmə də danışmır. Yəqin ki, anlamır ki, iqtisadiyyat dövlətin əsasıdır.

Bunun üçün də ölkədəki ekspertlər, politolqolar hesab edirlər ki, ölkəni çətin yox, çox çətin dövr gözləyir.