Ermənistanda marazm

05 May, 2018 12:51 | Siyasət | Baxış sayı: 101
İrəvanda aksiya
İrəvanda aksiya

Direktor Sarkisyanla oxuduğu üçün işdən qovulur

Ermənistanda qulayabani ovu başlayıb. Aydındır ki, Serj Sarkisyanla və ətrafının işi artıq  bitib. İndi İrəvan məktəb direktorunun istefası tələb edilir.

Ancaq ən gülməlisi odur ki, etiraz aksiyasını 11 nömrəli məktəbdə oxuyanlar, onların valideynləri başlayıb. Onlara hüquq müdafiəçiləri də qoşulublar. Etiraz edənlər Ruzanna Azizyanın işdən çıxarılmasını tələb edirlər. Onun günahaı isə məktəblilərə Paşinyanın liderliyi altyında keçirilən aksiyalarda iştiraka icazə verməməsidir. Direktor deyib ki, məktəblilərin əsas vəzifəsi ölkənin gələcəyi üçün təhsil lamaqdır.

Yəqin ki, direktor bu aksiyalardan sonra qovulacaq. Çünki onun həm də keçmiş prezident Serj Sarkisyanla birlikdə oxuduğu da üzə çıxıb. Ehtimal ki, Sarkisyanla salamlaşanların çoxunu təqib gözləyir. Bunu isə erməni marazmından başqa heç cür adlandırmaq olmaz.