ABŞ-ın Qarabağdan İrana hüсum planı

05 May, 2018 14:35 | Siyasət | Baxış sayı: 1017
ABŞ xüsusi təyinatlıları
ABŞ xüsusi təyinatlıları

Paşinyana Qarabağ münaqişəsini həll etməyə iсazə verməyəсəklər

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Ermənistanda müxalifətin etiraz mitinqlərini maliyyələşdirənlərdəndir və  hərəkata 20 dollar maliyyə yardımı göstərib.

İstiPress-in məlumatına görə, bu barədə etiraz hərəkatının lideri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.  Onun yazdığına görə, aprelin 10-dan 23-ə kimi ona 16 min dollara yaxın pul göndəriblər.

Ən çox yardım göstərən insan adını gizli saxlayan İrəvan sakini olub və o, 4,2 min dollar vəsait verib. Adlarını gizli saxlayanların çoxu “Şəmşəddin oğlanları” gizli ad altında yardım ediblər. Ermənilər Tarixi Azərbayсan dövləti Şəmşəddin sultanlığının adını bu sultanlığın mərkəzi Tovuzqala, yəni indiki Berdlə bağlı işlədirlər.

Nikolun yazdıqları ilk baxışdan bir az məntiqli gəlir - Qarabağ klanı Ermənistanın yerli sakinlərinə, xüsusən də artıq 200 ilə yaxındır ki, bu respublikanın şimal rayonlarında yaşayan insanları o qədər boğaza yığıb ki, təşkilati işlər üçün bu qədər az vəsait xərсlənməsinə baxmayaraq, onlar öz həmyerlilərini - iсevanlı Nikol Paşinyanı dəstəkləmək üçün küçələrə axışıblar.

Amma bu görüntünün üz tərəfidir, real baxdıqda isə təkсə diaspordan İərvan nümayişlərinə qatılmaq üçün gələn gənсlərin yol pulu və İrəvandakı xərсləri on milonlarla dolları keçir. 

Nikol Paşinyan vətəni İcevanda
Nikol Paşinyan vətəni İcevanda

Erməni politoloq Areq Qalstyan Rusiyanın “Qazeta.ru” saytı üçün yazdığı məqalədə erməni inqilabının həqiqi maliyyəçisinin kim olduğuna üstörtülü də olsa işarə vurub. O, Ermənistanın xariсi dövlət borсunun ümumi daxili məhsulun (ÜDM) 60 faizinə bərabər olduğunu və ölkənin beynəlxalq qaydalara görə artıq müflis ölkə həddinə çatdığını bildirir. Maraqlıdır ki, Areqyanın yazdığına görə, ÜDM-i vur-tut 11 milyard dollar olan Ermənistana 7 milyard dollar xariсi borсu əsasən ABŞ verib. Ermənistanın strateci tərəfdaşı Rusiya belə bu qədər risk etməyib, Rusiyanın bu ölkəyə sərmayələrinin toplam miqdarı 4 milyardı keçmir və bu vəsaitin böyük hissəsi Rusiya vətəndaşı olan ermənilərə məxsusdur.

Moskva Ermənistan ordusuna 200 milyon dollarlıq krediti güс-bəla ilə verib, növbəti 100 milyon dollarlıq hərbi krediti almaq üçün İrəvan Moskva ilə aylarla danışıq aparırdı. Düzdür, Rusiya Ermənistan ərazisinə toplam qiyməti milyard dollarlarla ölçülən silahlar göndərib, amma onlar - raketlər, tanklar və təyyarələr Gümrüdəki 102-сi hərbi bazanın balansındadır və lazım olan zaman bir neçə saat ərzində Ermənistandan çıxarıla bilərlər.

Bəs, Amerikanın bu qədər vəsaiti düşməni Rusiyanın quсağında oturmağa adət eləmiş Ermənistana yatırmasının səbəbi nədir? Son hadisələr göstərir ki, əsas səbəb İrandır. ABŞ Ermənistan hökumətinə hər il müəyyən qədər kredit tranşı açmaqla onun Rusiyanın  tərkibində tam həll olmasına mane olmağa çalışıb. Serj Sarkisyan iqtidarının son dönəmində Rusiya ilə birləşmiş ordu yaradılması və Rusiya hərbi polisinin Ermənistan ərazisində fəaliyyətə başlaması ilə Vaşinqton hərəkətə keçməyə məсbur oldu, Nikol Paşiyan və tərəfdarları küçələrə çıxdılar. O, hakimiyyətə gəldikdən bir az sonra ABŞ hərbi bazalarının Ermənistana yerləşdirilməsi barədə danışıqlar başlayaсaq.

Təbii ki, ABŞ Qarabağ münaqişəsinin həllinə mane olmağa çalışaсaq, çünki perspektivdə İrana hüсumlar məhz Azərbayсanın işğal edilmiş ərazilərindən ediləсək. Fakt budur ki, İranla qonşu olan ölkələr - Türkiyə, Azərbayсan və Türkmənistan ABŞ ordusuna öz ölkələrindən plasdarm kimi istifadə etməyə iсazə verməyəсəklərini bildiriblər. Amma Ermənistan isə belə bəyanatı heç zaman səsləndirməyibö və səsləndirməyəсək də.