“Koronavirus Qarabağda yayılsa...”

05 Aprel, 2020 16:10 | Siyasət | Baxış sayı: 232
Koronavirus
Koronavirus

Paşinyanın "seçkilər" keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək idi

"Əgər koronavirus Dağlıq Qarabağa (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi-red.) çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla, 6 nəfər daşıyacaq".

İstiPress-in məlumatına görə, bunu "ArmNews" telekompaniyasının departament rəhbəri Abraam Qasparyan deyib.

Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var: "Bizim məmurların bunun "suveren dövlətin daxili qərarı" olduğunu, Ermənistanın "demokratik dövlətin" işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, "Qarabağın prezidenti" və "səhiyyə naziri"".

Qasparyan əlavə edib ki, 14 apreldə "seçkilərə" getmək avantüradır: "Ümid edirəm ki, Yerevan siyasi ambisiyalar naminə hər kəsi fakt qarşısında qoyaraq "seçkilərə" getməyin zərərini anlayacaq".

Azvision.az xatırladır ki, Qarabağdakı separatçı qurum martın 31-də "prezident və parlament seçkiləri" keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək "seçkiləri" tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın "seçkilər" keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək idi.