Əsəddən Türkiyəyə qardaşlıq mesajı

05 Mart, 2020 09:03 | Siyasət | Baxış sayı: 395
Bəşər Əsəd
Bəşər Əsəd

Suriya prezidenti "Rossiya 24"ə müsahibə verib

Türkiyə Suriyada daha 2 şəhid verdi. Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik 6 hərbçinin də yaralandığını bildirib. 

Suriya prezidenti Bəşər Əsəd isə bu arada Türkiyə xalqı ilə qardaşlıq mesaji verib. Əsəd "Rossiya 24” kanalına müsahibəsində qeyd edib ki, Suriya üçün türklər qardaşdırlar.

"Suriya Türkiyəyə qarşı hansı düşmən münasibəti göstərib? Belə hal olmayıb". 

Xatırladaq ki, Türkiyə ötən həftə İdlibdə əsəd rejiminin hücumu nəticəsində 34 şəhid verib. Bundan sonra Türkiyə "Bahar qalxanı" əməliyyatına başlayıb.